advisory board

Fəxri Şura məsləhətçi orqan kimi prezidiuma dəstək göstərir və tərkibi öz fövqəladə səyləri ilə təşkilat üçün və hər iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı üçün xüsusi xidmətləri olan şəxsiyyətlərdən təşkil olunur. Bizim Fəxri Şuramız hal-hazırda aşağıdakı üzvlərdən ibarətdir:

Rövşən Sadıqbəyli 

Azərbaycan Respublikasının Avstriyadakı səfiri

Karlhaynts Kopf  ataz Fəxri Şurasının sədri

Avstriya Federal Parlamentinin deputatı və Avstriya Iqtisadiyyat Palatasının (WKÖ) baş katibi

Leyla Qasımova 

Azərbaycan Respublikasının Avstriyadakı səfirliyi nəzdində Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru

Alfred Quzenbauer 

Avstriya Respublikasının keçmiş federal kansleri; beynəlxalq məsləhətçi

Wolfgang Katzian, Foto: David Payr

Volfqanq Katsian 

Özəl sektorda çalışanlar, mətbəə, jurnalistika və kağız sektorunda üzrə həmkarlar ittifaqının vitse-prezidenti; Avstriya Parlamentinin üzvü

Xristof Matsnetter 

Avstriya İqtisadiyyat Palatasının vitse-prezidenti; Avstriya Parlamentinin deputatı

Silvia Mayer-Kaybiç 

Avstirya Respublikasının Azərbaycandakı keçmiş səfiri; elçi və Avstriya Federal Avropa və Beynəlxalq İşlər (Xarici İşlər) Nazirliyində Multilateral İnkişaf üzrə Əməkdaşlıq şöbəsinin rəhbəri

Herbert Şaybner 

Avstriya Respublikasının keçmiş müdafiə naziri; „Scheibner Business Development GmbH“ şirkətinin direktoru

Marta Şults 

Avstriya İqtisadiyyat Palatasının vitse-prezidenti; EUROCHAMBRES qurumunun vitse-prezidenti; „Schultz“ qrupunun baş direktoru