board

Qerald Qerstbauer  Prezident

Gerald Gerstbauer, 1964-cü ildə Vyanada doğulub. „Atos IT Solutions and Services GmbH” şirkətinin Mərkəzi və Şərqi Avropa Qlobal Biznes Bölməsində ictimaiyyət, sağlamlığın qorunması və mobillik üzrə baş vitse-prezidentidir. Avstriya Sosial Sığorta Təşkilatı və sonra Əmək, Səhiyyə və Sosial məsələlər Federal Nazirliyində fəaliyyətinin ardınca 2000-ci ildən başlayaraq “Siemens AG Österreich” şirkətində müxtəlif menecment vəzifələrində çalışmış və 2008-ci ildən „Wellcon GmbH“ şrkətində təkbaşına baş direktorluq səlahiyyətini icra etmişdir. 2013-cü ildən ATAZ-ın prezidentidir.

Dorothea Gros  baş katib

Dorotea Gros, 1986-ci ildə Vyanada anadan olub, 2015-ci ildən etibarən beynəlxalq IT-şirkəti ATOS-da biznes inkişafı üzrə vitse-prezident vəzifəsində çalışır, Mərkəzi və Şərqi Avropanın ictimaiyyət və sağlamlıq sahələri üzrə. Bundan əvvəl isə yeddi il “Lansky, Ganzger + partner” hüquq şirkətində hüquqşünas və biznes inkişafı şöbəsinin müdiri vəzifəsində çalışıb. Həmçinin Avstriya – İsrail Ticarət Palatasının və ataz-ın baş katibi olub. Dorotea Kipperman Vyana Diplomatik Akademiyanın məzunudur eləcə də Böyük Britaniyada hüqüq və iqtisad sahələri üzrə təhsil alıb. 2018-ci ilin yanvar ayından yenidən ataz-ın baş katibidir.  

Barbara Kolm  prezidiumun üzvü

Barbara Kolm “Friedrich A. v. Hayek İnstitut”un prezidentidir, eləcə də “Avstriya İqtisadiyyat Mərkəzinin (“Austrian Economics Center” - AEC) və “Free Market Road Show“ beyxnəlxalq konfrans tədbirlərinin təsisçisi və direktorudur. O, özəl sektorda və QHT-lərdə idarəedici funksiyalarını yerinə yetirir və aktiv olaraq dövlət qurumlarının səmərəliliyi, maliyyələşməsi və legitimliyi məsələləri ilə məşğuldur. O, dövlət maliyyə nəzarəti, büdcə və struktur islahatlar üzrə iqtisadi araşdırmaları və ekspertiza rəylərini tərtib edir və ali məktəblərdə dərs deyir.

Silvia Grünberger  prezidiumun üzvü

Silvia Grünberger „Rosam.Grünberger.Jarosch & Partner“ şirkətinin idarəedici partnyoru olaraq, müştərilərə iqtisadi, siyasi və media sahələrində strateji məsləhətçi xidmətlər göstərir. Bundan əvvəl, o, 13 il ərzində siyasətlə məşğul olmuşdur: 2002-ci ildən 2013-cü ilədək o, Avstriya Federal Parlamentində (Nationalrat) deputat olmuşdur. Silvia Grünberger Vyana Universitetində psixologiya, jurnalistika və kommunikasiya sahələri üzrə təhsil almışdır. Həmçinin o, Krems Dunay Universitetində Biznes İdarəçiliyi üzrə Magistr dərəcəsini (MBA) almışdır. Avstriya Respublikası qarşısında xüsusi xidmətlərə görə Böyük Qızıl Fəxri Ordeni ilə təltif edilmişdir.

Volfqanq Hesoun  prezidiumun üzvü

1960-cı il təvəllüdlü Volfqanq Hesoun 20 ildən artıq „Porr" şirkətlər qrupunda çalışıb, o cümlədən də üç il icraçı direktor vəzifəsində. 2010-2023-illərdə isə "Siemens Austria" şirkətinin icraçı direktoru olmuşdur. O, hələ də müxtəlif iri şirkətlərinin müşahidə şuralarında yer alır. Hal-hazırda Volfqanq Hesoun korporativ idarəetmə sahəsində geniş təcrübəsindən istifadə ederək fərdi məsləhətçi kimi fəaliyyət göstərir.

Qünter Dörflinqer  prezidiumun üzvü

Qünter Dörflinqer jurnalist olmuş və siyasətdə Avstriya Sosial-Demokratlar Partiyasının  federal mərkəzində referent vəzifəsində çalışmış, sonra Ştiriya Əyalət Parlamentində (Landtaq) deputat, eləcə də 7 il gənclər, səhiyyə və xəstəxanalar üzrə əyalət müşaviri olmuşdur. 2003-cü ildə „Energie Steiermark AG“ şirkətinə idarə heyətində qaz-istilik səlahiyyətləri üzrə direktor vəzifəsinə keçmişdir. 2009-cu ildən Qünter Dörflinqer „Christof Holding AG“ şirkətinin idarə heyətinin sədridir.

Harald Krieger  prezidiumun üzvü

1956-cı ildə Qratsda doğulmuş Harald Krieqer bu şəhərdə hüquqşünaslıq və müəssisələrin idarə edilməsi üzrə təhsil almışdır. 1987-ci ildən 2000-ci ilədək o, Avstriya maliyyə idarələrində çalışmış, o son olaraq isə Ştiriya federal əyalətindəki böyük şirkətlərdə vergilər və müəssisə fəaliyyəti üzrə yoxlamalar aparmışdır. Harald Krieqer 2000-ci ildə müstəqil biznes fəaliyyətinə keçmiş, bir sıra şirkətlərdə çalışmış, vergi məsləhətçiliyi və iqtisadi qəyyumluq şirkətində direktor.

Qabriel Lanski  prezidiumun üzvü

Dr. Qabriel Lanski „Lansky, Ganzger + partner“ vəkillər kontorunda menecer tərəfdaşdır. Lanskini iqtisadi məsələlər üzrə vəkillik, insan haqları və cinayət işlərində müdafiədə 30 illik təcrübə birləşdirir. O, Azərbaycan hökumətini Avropa İnsan Haqları Məhkəməsində Dağlıq Qarabağ məsələsi üzrə təmsil edir.

Benedikt Raythofer  xəzinədar

Vergi məsləhətçisi və auditor Benedikt Raythofer Vyana İqtisadiyyat Universitetinin məzunudur. Kembric Universitetində MBA təhsilini başa vurduqdan sonra „DELL“ şirkətində və sonra isə Rusiyanın polad istehsalçısı „NLMK“ şirkətinin idarə heyətində beynəlxalq törəmə şirkətlər maliyyə məsələləri üzrə məsul olmuşdur. 2012-ci ildən bəri onun əsas fəaliyyət sahəsi konsultasiya və investisiyadan ibarətdir.