goals and structures

ataz Avstriya və Azərbaycan arasında iqtisadi əlaqələri gücləndirmək və daha da inkişaf etdirmək məqsədini hədəfə alan bir platformadır. Bu fəaliyyət şəbəkələşmə, informasiya və məsləhət xidməti, eləcə də işgüzar səfərlər və tədbirlərin təşkili şəklində həyata keçirilir.

ataz – məqsədlər

  • İqtisadiyyat məkanı Azərbaycan və Avstriya haqqında məlumatlandırma
  • Avstriya və Azərbaycandan olan sahibkarlar, siyasi dairələr və maraq təmsilçiləri arasında informasiya mübadiləsi
  • Hər iki ölkə arasında iqtisadi təmasların qurulması və intensivləşdirilməsi
  • Avstriya və Azərbaycan arasında investisiya və ya ticarət imkanlarının yaradılması və asanlaşdırılması
  • Hər iki ölkə və region arasında mədəniyyətlərarası və humanitar mübadilə
  • Hər iki mədəniyyət arasında daha yaxşı anlaşmanın təmin olunması
  • Uzunmüddətli və davamlı biznes əlaqələrinin qurulması

ataz - cəmiyyət

ataz 2009-cu ildə qərargahı Vyana şəhərində yerləşməklə Avstriya qanunvericiliyi əsasında təsis edilmiş qeyri-hökumət təşkilatıdır. Cəmiyyət Vyana Federal Polis İdarəsinin QHT-lər Reyestrində 763458219 nömrəsi ilə qeydiyyata alınmışdır.

Təşkilatın idarə olunması üçün prezident prezidiumun digər üzvləri ilə birgə məsuliyyət daşıyır. O, eləcə də prezidium üzvləri təşkilatın ümumi yığıncağı tərəfindən seçilirlər. Baş katiblik ataz-ın mərkəzi koordinasiya orqanıdır və onun orqanlarını bütün təşkilatı və administrativ məsələlərdə dəstəkləyir.